Tədbir: AQTA–Xəzər Universiteti tələbə görüşü
Tarix: 27 noyabr 2025
Saat: 12:00
Məkan: Xəzər Universiteti Bakıxanov Kampusu – Akt zalı
Xəzər Universitetinin “Baytarlıq təbabəti” ixtisası üzrə təhsil alan tələbələri Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) rəhbər şəxsləri ilə keçiriləcək rəsmi görüşə dəvət olunur.
Proqramda rəsmi çıxışlar, AQTA və AQTİ-nin fəaliyyəti barədə təqdimatlar, həmçinin “Qida Təhlükəsizliyi könüllüləri” təşəbbüs qrupu haqqında məlumat sessiyası nəzərdə tutulur. Sual–cavab hissəsi olacaqdır.



