Xəzər Universiteti ilə Kırıkkale Universiteti arasında Beynəlxalq Akademik Əməkdaşlıq Protokolu imzalanıb
3 oktyabrın 2025-ci il tarixində Xəzər Universiteti ilə Kırıkkale Universiteti arasında akademik, elmi və mədəni sahələrdə birgə fəaliyyətlərin inkişaf etdirilməsini nəzərdə tutan Beynəlxalq Akademik Əməkdaşlıq Protokolu imzalanıb.
Protokol, Xəzər Universitetinin qurucusu Professor. Direktorlar və Qəyyumlar Şurasının sədri Hamlet İsaxanlı və Kırıkkale Universitetinin rektoru Professor.Dr.Ersan Aslan tərəfindən imzalanmışdır.
İmza mərasimində Xəzər Universitetinin rektor müşaviri Professor. Dr. Tamer Dodurka, Hasvet Medikal A.Ş. şirkətinin qurucusu və İdarə Heyətinin sədri Hidayət Şimşək, Hasvet Baytarlıq Fakültəsinin dekanı Dr. Çiçək Əliyeva, eləcə də Hasvet Medikal İdarə Heyətinin üzvü Yunusemre Böyükballı iştirak etmişdir.
Protokol çərçivəsində tələbə və müəllim mübadiləsi, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, elmi tədbirlərin təşkili və akademik nəşrlər sahəsində əməkdaşlıq nəzərdə tutulmuşdur. Xüsusilə baytarlıq və təbiət elmləri başda olmaqla müxtəlif sahələrdə bilik və təcrübə mübadiləsi planlaşdırılır.
Bu əhəmiyyətli əməkdaşlıq sayəsində Xəzər Universiteti beynəlxalq akademik əlaqələrini daha da möhkəmləndirəcək, Kırıkkale Universiteti ilə qurulan tərəfdaşlıq isə hər iki ali təhsil müəssisəsi üçün elmi və tədris sahəsində yeni imkanlar yaradacaqdır.



